Hemangiomanın müalicəsi və müalicə prinsipləri
Hemangiomanın müalicəsi inkişafından, ölçülərindən asılı olaraq müxtəlifdir. Qısa olaraq aşağıda hemangiomanın müalicə prinsiplərini qeyd edilmişdir:
- Doğulduqdan sonra aşkarlanan üz nahiyyəsində yerləşmiş kiçik ölçülü, yaxud çoxsaylı dəri hemangiomaları böyümə fazasına keçmədən müalicə edilməyə başlanılmalıdır.
- Proliferasiya (böyümə) fazasında olan hemangiomalar addım-addım müalicə edilməlidir. İlk olaraq dərman müalicəsinə başlanılmalıdır. Dərman müalicəsinin effekt vermədiyi nadir hallarda digər müalicə üsullarına müraciət edilir. Digər müalicə üsulları lazerlə müalicə, skleroterapiya, krioterapiya və cərrahi üsuldan ibarətdir.
- Cərrahi müalicə, əsasən fəsadlaşmış hemangiomalarda ən son seçim olaraq tətbiq olunur.
Ən son paylaşımlar
Hemangiomanın fəsadları
Mart 4, 2018
Hemangiomanın fəsadları hansılardır? Hemangioma 12 aydan kiçik uşaqlarda ən çox rastlanan damar şişidir. Əksər hallarda…
Hemangioma nədir və müalicəsi
Fevral 3, 2018
Hemangioma nədir? Hemangioma əsasən yenidoğulmuş körpələrdə rast gəlinir. Damar endotelindən inkişaf edən xoşxassəli törəmələr məhz…